“Şahdağ” Turizm Mərkəzində əyləncəli həftəsonu
“Velosipedçilər
günü” və
“Graffiti festival” təşkil olunacaq
Bu həftəsonunu “Şahdağ”
Turizm Mərkəzində
dincəlmək istəyənləri
yaddaqalan istirahət və maraqlı əyləncə gözləyir.
Mərkəzdən verilən məlumata görə, iyunun 25-də
burada “Velosipedçilər
günü” təşkil
olunacaq. “Şahdağ”
Turizm Mərkəzində
hər səviyyə üçün - yeni başlayanlar, peşəkarlar
və ekstrimi sevənlər üçün
velo-cığırlar mövcuddur.
Sürmə qabiliyyətindən asılı olaraq velosipedçilər başlanğıc
nöqtəyə kanat
yolları vasitəsilə,
ekstrimə üstünlük
verən peşəkarlar
isə yüksəkliyə
xüsusi avtomobillərlə
çatdırılırlar.
Bu, velosiped sürməyi
sevənlər üçün
dağlıq ərazidə
təşkil olunan artıq ikinci belə aksiyadır. Ötən ilin
iyulunda həyata keçirilən əyləncəli
tədbirə 20-dən çox
velosipedçi qatılmışdı.
İyunun 26-da isə turizm mərkəzində “Graffiti festival” adlı rəngarəng tədbir təşkil olunacaq. “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı “Şahdağda qış ekstrim”i mövzusunda öz məharətlərini
göstərəcəklər. Qraffiti ustaları beton lövhə üzərində
sprey rəngləyicilər
vasitəsilə şəkillər
çəkəcəklər. Mərkəzin qonaqları rəsmlərin
necə çəkilməsini
müşahidə etmək,
bu haqda suallara cavab almaq və ya
sadəcə prosesdən
zövq almaq şansı əldə edəcəklər.
Eyni zamanda, bitboks və rep ustalarının musiqi, velosipedçilər və
skeytborçuların isə
adrenalin dolu performansları
izləyicilərə həyəcanlı
anlar yaşadacaq.
Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində olan
“Şahdağ” Turizm Mərkəzində
yay mövsümü boyunca müxtəlif əyləncəli tədbirlər
təşkil ediləcək. Xüsusilə gənclərin
zövqünü oxşayacaq
bu cür tədbirlər
zamanı mərkəzdə təklif olunan
kvadrosikl, seqvey, zip-layn, trotinnet, bob kart, peyntbol,
dağlarda gəzinti, at
sürmə və s. kimi
yay əyləncələri, eləcə
də yenicə istifadəyə verilən ekstrim
idman növü olan paraplan - yamac paraşütü
qonaqların ixtiyarında olacaq.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.16.