Formula-1 şəhərciyi”ndə əyləncəli proqramlar

 

 

Möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Dənizkənarı Milli Parkdakı “Formula-1 şəhərciyi”ndə yerlixarici qonaqların vaxtının maraqlı keçməsi üçün hər cür şərait yaradılmışdı.

Şəhərcikdə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələrdə xalqımızın qədim ənənələri qonaqlara təqdim edilib. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı, eləcə də rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olub.

Bugünlər dünyanın musiqi ulduzları da Formula-1 həvəskarlarının qonağı olub. İyunun 17-də axşam Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqiidman həftəsonuna rəng qataraq əyləncə proqramına start verib. Ertəsi günün axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias həyəcan dolu konsert proqramı ilə səhnədə yer alıb. İyunun 19-da isə yarış başa çatandan sonra amerikalı ulduz Farel Vilyams əsas səhnədə yer alaraq möhtəşəm musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vurub.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.9.