Milli Dram Teatrı bölgələrdə “Xəcalət” tamaşasını təqdim edib

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Hüseynbala Mirələmovun “Xəcalət” əsərinin tamaşası ilə iyunun 13-dən 16-dək Qəbələ, OğuzAğsu rayonlarında qastrolda olub.

Səfərin son günü yaradıcı kollektiv ağsulu sənətsevərlərin qonağı olub. Qarabağ münaqişəsinin fəsadları, məcburi köçkünlük taleyindən bəhs edən səhnə əsəri maraqla qarşılanıb.

Tamaşaya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edib.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.13.