Azərbaycanla İran arasında mədəni əlaqələr inkişaf edir

 

 

Bu sahədə əməkdaşlıq və müştərək layihələr barədə fikir mübadiləsi aparılıb

 

İyunun 18-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında tarixi-mədəni və din bağlılıqlarının münasibətlərin əsasını təşkil etdiyi vurğulanıb. Ötən üç ildə iki ölkə prezidentlərinin altı dəfə görüş keçirdikləri, 2016-cı ilin fevralında Prezident İlham Əliyevin İrana səfər etdiyi, yaxın zamanlarda Prezident Həsən Ruhaninin Azərbaycana səfərinin planlaşdırıldığı qeyd olunub.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdiyi, qarşılıqlı olaraq hər iki ölkədə keçirilən mədəniyyət günlərinin yüksək səviyyədə təşkil olunduğuböyük maraqla qarşılandığı bildirilib. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamının İran simfonik orkestrinin ifasında səsləndirilməsi təklif edilib.

Dini, mədəni və tarixi abidələrin bərpasına həssaslıqla yanaşan Prezident İlham Əliyevin son illərdə bir sıra məscidlərin və ziyarətgahların tikilməsi və yenidən qurulması ilə bağlı sərəncamlar imzaladığı diqqətə çatdırılıb.

Görüşdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdəki mədəni və dini abidələrdə həyata keçirilən vandalizm faktlardan da söz açılıb. İranlı nazirdən öz imkanlarından istifadə edərək bu məsələni diqqətdə saxlaması xahiş olunub.

Nazir dini və mədəni abidələrin dağıdılmasının yolverilməz olduğunu vurğulayaraq mədəni mirasın bütün dünyaya məxsus olduğunubaş vermiş hadisədən təəssüfləndiyini söyləyib. Azərbaycana səfərlərini xatırlayan nazir Əli Cənnəti ölkələrimiz arasında ortaq dəyərlərin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət, incəsənət, elmidman sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib, eləcə də kino istehsalı sahəsində əməkdaşlığın mümkünlüyü qeyd edilib. Bildirilib ki, İranın bu sahədə potensialından Azərbaycan da istifadə edə bilər. Azərbaycan nümayəndələrinin hər il İranda keçirilən kinomusiqi festivallarına daha fəal qatılması təklif olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir İranın məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.4.