Mədəniyyət və Turizm
Nazirliyində BMT təmsilçisi ilə görüş
BMT İnkişaf
Proqramının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq
müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.
Görüşdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında müzakirələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 15 sentyabr 2015-ci il tarixində BMT-nin Davamlı İnkişaf Sammitində qəbul olunmuş "Yeni Dayanıqlı İnkişaf Gündəliyi - 2030" çərçivəsində BMT-nin institutları ilə sıx əməkdaşlıq əlaqələri qurulması imkanları genişdir və bu əməkdaşlıq üçün Azərbaycanda lazımi resurslar mövcuddur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Q.İsakzai öz növbəsində 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı Azərbaycan tərəfini təbrik edib. Nümayəndə forumun BMT ilə Azərbaycan arasında əməkdaşlığa töhfə verəcəyini bildirib.
Nazir Əbülfəs Qarayev 29 iyun 2016-cı il tarixində
BMT Baş qərargahında BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun
təqdimatının nəzərdə tutulduğu
və hazırda nazirlik tərəfindən
təqdimat mərasiminin təşkili üzrə iş aparıldığı barədə məlumat
verib.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.2.