AŞPA-da “Mədəniyyət və demokratiya” müzakirələri
Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarında həyata
keçirdiyi vandalizm aktları diqqətə
çatdırılıb
İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində “Mədəniyyət və demokratiya” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi torpaqlarda azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələrin dağıdıldığını diqqətə çatdırıb.
O, sessiyada Ermənistan nümayəndə heyəti üzvünün Azərbaycanla bağlı səsləndirdiyi iftiralara cavab olaraq bildirib ki, erməni deputat təcavüzkar ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa daha yaxşı olardı.
Millət vəkili deyib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün mədəniyyət izlərini yox etməyə çalışır və bu, çox dəhşətlidir. Ermənistan Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vurur. Harada kimlər tərəfindən törədilməsinə baxmayaraq, Assambleya bu cür məsələlərə kəskin etiraz etməli, bu kimi vandalizm aktlarını törədənlərə qarşı ciddi mübarizə aparmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan
müxtəlif millətlərə və dinlərə məxsus
insanların birgə yaşadığı bir
ölkədir və mədəniyyətlər,
sivilizasiyalararası dialoqa böyük
önəm verir, bu
istiqamətdə beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi
edir. “Bu
gün Azərbaycan əsl mədəniyyətlərarası
dialoq məkanına çevrilib”,
- deyən Q.Paşayeva Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
yaradılması, müxtəlif layihələr barədə
danışaraq Azərbaycanın bu məsələlərdə
dünyada örnək ölkələrdən
biri olduğunu
söyləyib.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.2.