AMEA-da Xalçaşünaslıq sektoru yaradılır
İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib. Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova qurumun nəzdində Xalçaşünaslıq sektorunun yaradılması barədə danışıb.
Qeyd edib ki, Azərbaycanın
qədim tarixə və zəngin ənənələrə malik olan
xalçaçılıq sənətinin hərtərəfli
şəkildə praktik və nəzəri
materiallar əsasında
araşdırılması, Azərbaycan boyaqçılıq tarixini və adətlərini, bu
ənənələrin müasir tətbiq
perspektivlərini, eləcə də Azərbaycan
xalçaçılığının digər türk xalqlarının
xalçaçılıq ənənələri ilə
müqayisəli şəkildə öyrənilməsi vacib məsələlərdəndir. Bu kimi məsələlərin
tədqiq olunması üçün
bölmənin nəzdində Xalçaşünaslıq sektorunun təşkil olunması zərurəti
yaranıb. Professor Vidadi
Muradovun rəhbərlik etdiyi
“Azər-İlmə” MMC elmi-tədqiqat laboratoriyası kimi AMEA İctimai Elmlər
Bölməsinin Xalçaşünaslıq sektoru
üçün əsas baza
hesab edilib.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.4.