“Multikulturalizm
və kitab” mövzusunda konfrans
Tədbirdə yeni nəşrin
və elektron məlumat bazasının təqdimatı keçirildi
İyunun 23-də Milli Kitabxanada “Multikulturalizm və kitab” mövzusunda konfrans və “Multikulturalizm” ədəbi-bədii,
elmi-publisistik jurnalının
təqdimat mərasimi
keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu və Milli
Kitabxananın birgə
təşkilatçılığı gerçəkləşdi.
Kitabxananın direktoru Kərim Tahirov çıxış
edərək konfransın
“Multikulturalizm ili” çərçivəsində keçirildiyini və bu tipli tədbirlərin
regionlarda da təşkil olunacağını
bildirdi. Qeyd olundu ki, multikulturalizm Azərbaycanda
dövlət siyasətidir.
Multikulturalizm ölkəmizin milli
mədəniyyətinə müvəffəqiyyətlə
inteqrasiya olan müxtəlif xalqların
harmonik şəkildə
yaşayışının göstəricisidir.
Milli Məclisin
deputatı, AMEA-nın
müxbir üzvü Nizami Cəfərov multikulturalizm ənənələrindən
və ölkəmizdə
hökm sürən
tolerant mühitin əhəmiyyətindən
söz açdı. Bildirildi ki,
hazırda beynəlxalq
aləmdə etnos və din anlayışı
sözügedən dəyərlərin
əsas meyarlarındandır.
Bu mənada Azərbaycanda
müxtəlif dinlərə
və dillərə
aid olan kitablar heç bir maneə olmadan nəşr olunaraq təbliğ edilir.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin Analitik
şöbəsinin müdiri
Nəriman Qasımzadə,
Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Multikulturalizm” ədəbi-bədii,
elmi-publisistik jurnalının
baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət
Kərimova və başqaları çıxışlarında
Azərbaycanın multikulturalizm
ənənələri ilə
bütün dünyanın
diqqətini cəlb etdiyini, bu dəyərlərin
xalqımızın mədəniyyətində,
başqa xalqlara münasibətində əsrlər
boyu formalaşaraq bu günə gəlib çatdığını
söylədilər.
Bildirildi ki, hazırda bu istiqamətdə əldə olunan uğurlar ölkə başçısının uzaqgörən
siyasətinin nəticəsidir
və multikultural ənənələrin inkişaf
etdirilməsi dövlət
siyasətinin prioritetini
təşkil edir. “Multikulturalizm” jurnalının
işıq üzü
görməsi də bu istiqamətdə aparılan işlərə
dəstək məqsədi
daşıyır. Jurnal
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun
birgə rüblük
nəşridir. Burada məqalələr “Azərbaycançılıq”,
“Çoxmədəniyyətlilik”, “Terror multikulturalizmə qarşı”,
“Homo sapiens”, “Höte zalı”,
“Sönməyən ulduzlar”
və s. bölmələr
üzrə oxuculara təqdim olunur.
Daha sonra “Multikulturalizm və kitab” mövzusuna həsr olunan məruzələr dinlənildi.
Konfrans çərçivəsində
həmçinin Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış
“Azərbaycanda multikulturalizm”
elektron məlumat bazası da təqdim edildi.
Sonda tədbir iştirakçıları
“Multikulturalizm Azərbaycanın
həyat tərzidir” adlı kitab sərgisi ilə tanış oldular.
Lalə
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.4.