Naxçıvan Uşaq Filarmoniyası solistlərinin
solo konserti
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri
Rəna Mehralıyeva və Ataxan Quliyevin solo konserti olub.
Naxçıvan şəhərindəki “Gənclik”
Mərkəzində keçirilən
tədbirdə öncə
muxtar respublikanın mədəniyyət və
turizm naziri Natəvan Qədimova tədbirlərdə fəal
iştirak etdiyinə görə gənc xanəndələrə fəxri
fərman və hədiyyələr təqdim
edib.
Konsert istedadlı solistlər Rəna Mehralıyeva və Ataxan Quliyevin “Şahnaz dəstgahı”nın ifası ilə başlayıb.
Onların ifasında səslənən “Arazbarı” və “Ovşarı” ritmik muğamları, “Çahargah” kompozisiyası da alqışlarla qarşılanıb. Konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Xanəndələri Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı
müşayiət edib.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.6.