Şamaxıda meksikalı rəssam Marqarita Moralesin sərgisi
Şamaxıda Mədəniyyət və
Turizm Nazirliyinin, Meksikanın Azərbaycandakı
səfirliyinin birgə
təşəbbüsü, rayon İcra Hakimiyyəti və Mədəniyyət
və Turizm şöbəsinin dəstəyi
ilə məşhur meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası”
adlı yaradıcılıq
sərgisi açılıb.
Mədəniyyət mərkəzində
keçirilən mərasimdə
çıxış edən
İcra Hakimiyyəti başçısının birinci
müavini Qasım Qasımov sərginin yerli sakinlər və rayona gələn turistlər üçün maraqlı
olacağını, bu
cür tədbirlərin
sənətsevərlərə dünya mədəniyyəti,
incəsənəti ilə
daha yaxından tanış olmaq imkanı yaratdığını
deyib.
Səfir Rodriqo Labardini də bu qəbildən
tədbirlərin Azərbaycan
ictimaiyyətinin Meksika
mədəniyyəti ilə
tanışlığına, iki xalqın mədəni əlaqələrinin
inkişafına töhfə
verdiyini bildirib.
Diplomat Marqarita Morales barədə
məlumat verərək
bildirib ki, rəssamın yaradıcılığının
formalaşmasında ənənəvi
Meksika mədəniyyəti
ilə yanaşı, müasir incəsənətin
müxtəlif üslublarının
təsiri də duyulmaqdadır. Onun əsərləri Berlin, Madrid, Nyu-York və digər şəhərlərdə
muzey və qalereyalarda nümayiş olunub.
Rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi
dəstəyə görə
rayon rəhbərliyinə minnətdarlığını
bildirib, Bakıdan sonra əsərlərinin Azərbaycanın bölgələrində
də sərgilənməsindən
məmnunluğunu ifadə
edib.
Sonra tədbir
iştirakçıları rəssamın əl işləri
ilə tanış olublar. Sərgi iyunun 27-dək davam edəcək.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.6.