Bülbülün memorial muzeyində xatirə tədbiri
İyunun 22-də Azərbaycan professional vokal
sənətinin banisi,
SSRİ Xalq artisti,
professor, ictimai xadim Bülbülün anadan olmasının 119-cu ildönümü
ilə bağlı sənətkarın memorial muzeyində
tədbir keçirilib.
Tədbir
iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova dahi vokalçının Azərbaycan
musiqisinin inkişafında
xidmətlərindən söz
açıb, Bülbülün
xatirəsinin əbədiləşdirilməsində,
muzeyin yaradılmasında
onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı Adelaida
Məmmədovanın fədakar
xidmətlərindən bəhs
edib.
Tədbirdə Şuşa Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Zahid Abbasov, Bakı Musiqi Akademiyasının professoru,
bəstəkar Sevda İbrahimova, M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva,
"Aytam" Uşaqların
Mədəni Maarifləndirməsi
İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış
ediblər.
Bülbül adına orta ixtisas musiqi
məktəbinin şagirdləri
Asəf Zeynallının
"Ölkəm" romansını,
Fikrət Əmirovun
"Muğam poeması"nı,
Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdi
Ü.Hacıbəylinin "Sevgili canan" romansını ifa ediblər.
Tədbirin sonunda muzeyin arxivində saxlanılan materiallar
əsasında hazırlanmış, görkəmli mədəniyyət
və incəsənət xadimlərinin Bülbül
haqqında xatirələrindən ibarət videorolik
nümayiş olunub.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.7.