Çaykovski adına festivalda Azərbaycan günü

 

 

“Bu konsertdən sonra məndə Azərbaycana getmək arzusu yarandı

 

Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Əməkdar artist, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov Moskva vilayətinin Klin şəhərində keçirilən P.İ.Çaykovski adına II Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşAzərbaycan günü”ndə uğurla çıxış ediblər. Vokal musiqisi axşamı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə təşkil edilib.

P.İ.Çaykovski Dövlət Qoruq-Muzeyinin kamera salonunda baş tutan konsertdən əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərmin Şirəliyeva çıxış edərək festivalın azərbaycanlı qonaqlarını təqdim edib, onların yaradıcılığı barədə məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev iki ölkə arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə əlaqələrin inkişaf etdiyini, Azərbaycan klassik musiqi nümunələrinin dünyanın ən mötəbər konsert səhnələrindən səsləndiyini vurğulayıb.

Konsertdə Azərbaycan, rus Avropa bəstəkarlarının sevilən əsərləri səslənib. İfaçılar tamaşaçıların sürəkli alqış sədaları altında dəfələrlə səhnəyə qayıdıb, məharətli ifaları ilə klassik musiqisevərlərin ruhunu oxşayıblar.

Konsertdən sonra jurnalistlərə açıqlama verən Murad Hüseynov Elçin Əzizov festival çərçivəsində Azərbaycan gününün təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlıqlarını bildiriblər, Rusiya musiqisevərləri ilə görüşdən məmnunluq ifadə ediblər.

Konsertin tamaşaçıları arasında olan Klin Bələdiyyəsinin başçısı Alyona Sokolskaya Azərbaycan səhnə ustalarının çıxışını şəhər üçün mühüm mədəni hadisə adlandırıb. O deyib: “Konsert gözlədiyimizdən də uğurlu keçdi. Murad HüseynovElçin Əzizovun ifaları ürəkləri riqqətə gətirməyə bilməzdi. Tamaşaçıların alqışları da bunu təsdiq etdi. Bu konsertdən sonra tamaşaçılarda da, elə mənim özümdə də Azərbaycana getmək, Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək arzusu yarandı. Düşünürəm ki, birgə musiqi gecələri və festivalları təşkil etməyimiz xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcək”.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.8.