Fransa səfirliyi musiqi axşamı təşkil edib
Bakıda Fransanın Azərbaycandakı
səfirliyinin təşkilatçılığı
ilə musiqi axşamı təşkil
olunub.
Fransanın ölkəmizdəki səfiri
xanım Orelia Buşez çıxış
edərək iki ölkə arasında dostluq əlaqələrindən
söz açıb, mədəniyyət sahəsində
əməkdaşlığın hər zaman diqqət mərkəzində
olduğunu bildirib.
Azərbaycanın tolerant bir ölkə kimi dünyada tanındığını deyən
diplomat Prezident İlham
Əliyev tərəfindən
2016-cı ilin “Multikulturalizm
ili” elan olunmasını yüksək
qiymətləndirib.
Səfir
deyib: “Musiqi də multikulturalizmin hər dildə başa düşülən
əsas rəmzlərindəndir.
Fransızlar və azərbaycanlılar
musiqi və incəsənəti sevir.
Buna görə də biz Azərbaycanı
sevdiyimiz üçün
musiqi bayramını bura da gətirdik”.
Sonra konsert proqramı başlayıb. Tədbirdə
Fransanın “The Voice” televiziya
proqramının iştirakçısı,
həmyerlimiz Araz Hümbətov, eyni zamanda “SubHe”, “Les Gamins + Fafee” qrupları, həmçinin Bakıdakı
Fransa liseyinin solistləri və “Səs Azərbaycan” musiqi yarışmasının
iştirakçıları olmuş - Hüseyn Abdullayev, Ağamehdi Mirzəyev, Ləman Dadaşova və Nigar Hüseynli çıxış ediblər.
Konsert maraqla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.10.