Multikulturalizm ili”nə həsr olunmuş dəyirmi masa

 

 

Qazax rayon Mərkəzi kitabxanasının oxu zalındaMultikulturalizm ili”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Qazax Dövlət Dram Teatrının əməkdaşları, mədəniyyət işçiləri fəal oxucular iştirak ediblər.

MKS-nin direktor müavini Münəvvər Süleymanlı, Mərkəzi kitabxananın şöbə müdiri Fatma Hüseynova, Qazax Dövlət Dram Teatrının işçisi Leyla İsmayılova və Mədəniyyət mərkəzinin metodisti Nigar Abdullayeva çıxış ediblər. Çıxışlarda Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi, ölkəmizdə bu sahədə tarixi ənənələrdən söz açılıb.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.12.