“Bakı ulduzları” rəqs qrupu Fransada
çıxış edib
Fransanın Orne departamentində keçirilən Sen-Jan milli bayramı çərçivəsində Azərbaycanın Dostları Assosiasiyası və ölkəmizin Parisdəki səfirliyi konsert təşkil edib. Konsertdə Xalq artisti Yusif Qasımovun rəhbərlik etdiyi “Bakı ulduzları” ansamblı Azərbaycan milli rəqslərini təqdim edib.
Orne departamentinin senatoru Natali Qule Azərbaycanın Dostları Assosiasiyasına və səfirliyimizə bayrama Azərbaycan əhval-ruhiyyəsi gətirdiyinə və azərbaycanlı rəqqaslara ifalarına görə təşəkkür edərək, ansamblın rəhbərinə Fransa Senatının xatirə medalını təqdim edib.
Assosiasiyanın baş katibi Mirvari Fətəliyeva bayram iştirakçılarına Azərbaycanın zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib və ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələrdən danışıb. O, qurumun fəaliyyəti və təşkil etdiyi tədbirlərdən də bəhs edib.
Milli rəqslərimiz
fransızları heyran edib
və Azərbaycan mədəniyyətinə böyük
maraq yaradıb.
Mədəniyyət.- 2016.- 29 iyun.- S.2.