Fransa Turizm Agentliklərinin
Milli Sindikatının
regional toplantısı
İyunun 26-da “Fairmont
Baku” mehmanxanasında Fransanın
Turizm Agentliklərinin
Milli Sindikatının
(SNAV) İl-de Frans regionunun ənənəvi
illik toplantısı keçirilib.
Ölkəmizdə MİCE turizm
növünün inkişaf
etdirilməsi baxımından böyük
əhəmiyyətə malik olan tədbir Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin
Fransadakı səfirliyinin və “PAŞA Travel”
şirkətinin dəstəyi ilə baş
tutub. Fransanın Turizm
Agentliklərinin Milli Sindikatının
70-dək nümayəndəsinin iştirak
etdiyi tədbirin əvvəlində nazirliyin Turizm şöbəsinin
müdir müavini Rauf Paşayev ölkəmizin
turizm potensialına həsr edilmiş videotəqdimatla
çıxış edib. Tədbir Azərbaycan
və Fransanın turizm nümayəndələrinin
iştirakı ilə işçi naharla yekunlaşıb.
Mədəniyyət.- 2016.- 29 iyun.- S.5.