Yüz ilin “Ölülər”i
və “Ölülər”in
yüz ili
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük mütəfəkkir
Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərinin
ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Milli
Dram Teatrı ilə birgə təşkil etdiyi tədbirdə millət vəkilləri,
elm və mədəniyyət
xadimləri, teatr ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Teatrın direktoru, tamaşanın quruluşçu rejissoru və rəssamı, Xalq artisti Azərpaşa
Nemət çıxış
edərək bildirib ki, “Ölülər” tragikomediyası bədii xüsusiyyətlərinə görə
dünya dramaturgiyasının
klassik nümunələri
sırasına daxil olub. 1909-cu ildə yazılmış
“Ölülər” komediyası
ideya orijinallığı,
bədii vasitələri,
janr xüsusiyyətləri
və s. cəhətlərdən
də kamil bədii sənət incisidir. Vurğulanıb ki, 1916-cı il
aprelin 29-da Bakıda, Tağıyev teatrında
“Ölülər”in ilk tamaşası
olub. Səhnə həyatı yaşadığı
ilk gündən “Ölülər”
böyük maraqla qarşılanıb.
Qeyd olunub ki, yeni quruluşda
hazırlanan tamaşa
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi əsasında ərsəyə gəlib. Görkəmli bəstəkar, SSRİ Xalq
artisti Qara Qarayevin 1966-cı ildə Tofiq Kazımovun quruluşunda səhnələşdirilən
“Ölülər”ə bəstələdiyi
musiqi yeni tamaşada simfonik orkestr üçün işlənib.
Tamaşanın elmi məsləhətçisi,
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli deyib ki, “Ölülər” dünya ədəbiyyatında
ən mükəmməl
dram əsərləri ilə
yanaşı durmağa
layiq bir əsərdir. Əsər dünya dillərinə
tərcümə olunarsa,
böyük maraq doğurar və insanları həyat və ölüm haqqında yenidən düşünməyə məcbur
edər. Ötən
100 il ərzində
“Ölülər” qədər
teatrlarımızın repertuarında
yer tutan ikinci əsərə rast gəlmək mümkün deyil. Bu əsər Azərbaycanda
neçə-neçə görkəmli
sənətkarın yetişməsinə,
tanınmasına təkan
edib.
Akademik deyib ki, “Ölülər”dəki
tragizm və komizm bir xalqın
taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü
şüurla ağıl,
mənəvi korluqla gözüaçıqlıq, ifrat
xurafat və fanatizmlə sağlam düşüncə, həqiqətlə
mistika arasındakı
dərin, barışmaz
ziddiyyətin məhsuludur.
Diqqətə çatdırılıb ki,
ilk dəfə tamaşada
İsgəndər rolunda
Mirzağa Əliyev, Şeyx Nəsrullah rolunda isə Əliqulu Nəcəfov çıxış ediblər. 1916-cı il aprelin 29-da ilk dəfə Bakıda göstərilən tamaşa
həmin ilin iyununda Daşkənddə
(özbək dilində),
iyul ayında Mahaçqalada, avqustda Vladiqafqazda, 1917-ci ildə Tiflisdə, Gəncədə,
Naxçıvanda və
s. şəhərlərdə müvəffəqiyyətlə tamaşaya qoyulub. Böyük ədiblər
Sultan Məcid Qənizadə,
Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, bəstəkar Üzeyir Hacıbəyli və başqaları tamaşa haqqında dəyərli fikirlər söyləyiblər.
Sonra yeni quruluşda hazırlanmış
tamaşa nümayiş
olunub. Yüksək zövqlə səhnələşdirilən
tamaşa üçün
rəngarəng dekorasiyalar
hazırlanıb. Şeyx Nəsrullahı
Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov
oynayıb.
Digər obrazları xalq
artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar
artistlər Aslan Şirin,
Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov,
Elxan Quliyev, Məzahir
Cəlilov və başqaları canlandırıblar.
Mədəniyyət.- 2016.- 29 iyun.- S.6.