Parlaq işıqlar şəhərində”

 

 

İyunun 23-də İçərişəhərdə YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM layihələr məkanında bir qrup rəssamın “Parlaq işıqlar şəhərində” adlı sərgisi açılıb. Öncədən bildirim ki, bu, ənənəvi sərgilərə bənzəmir. Əsərlərin sərgiləndiyi yer dolanbac pillələri olan, divarlarının boyası qopmuş yaşayış binasıdır. İçəridən müxtəlif səslər gəlir. Bu isə tamaşaçıların yox, təqdim olunan videoların səsidir. YARAT-ın üzvü olan, müxtəlif nəsilləri təmsil edən rəssamların sərgisində elə məqamlara diqqət yetirilir ki, onları hər birimiz saymazyana ötüb keçirik. Beləcə rəssamlar tamaşaçıların diqqətini bayağılığa yönəltməklə onlarda məna axtarmaq imkanı yaradırlar.

Sənətdə ən mənasız hadisələr əsərə dönür və sərgilənirsə, o, artıq düşüncə obyektinə çevrilir. Sərgidən bu qənaətə gəlmək olur ki, əslində adi, bayağı və mənasız görünən hadisələrin də müəyyən mənası var.

Rəssam Səbinə Şıxlinskayanın “Klaustrafobiyavideosu, Samir Salahovun maraqlı variasiyaları, Eldar Əkbərovun fotoları tamaşaçılara nəyisə demək istəyidir. Orxan Hüseynovun “30 fevral müharibəsi” adlı videosu sənədli film təsiri bağışlayır. Bu video ölkənin müstəqilliyini bərpa etmək yolunda keçdiyi çətinlikləri göstərir. Seymur Seyidbəylinin “Estetik səhvlər” seriyası qadın şəxsiyyətinin yaradılmasına və əbədiləşdirilməsinə həsr olunub.

Rəna Əfəndinin “Maye torpaq” adlı fotokitabı Bakı ətrafında çəkilmiş kəpənək təsvirləri və ov səhnələrindən ibarətdir. Burada həyat sənaye dağıntıları, metal, zibildisfunksional neft buruqlarının yörəsində “çiçəklənir”. Zeyqam Əzizovun “Simpoziumvideosu şəkillər və rəssamın şəxsi monoloqundan ibarətdir.

Parlaq işıqlar şəhərində” adlı sərgidə rəssamlar gerçəkliyi olduğu kimi əks etdirərək qarşıya tamaşaçı ilə dialoq yaratmaq məqsədini qoyublar.

Sərgi iyulun 10-dək davam edəcək.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 29 iyun.- S.6.