Xalça Muzeyində “Ailə festivalı”

 

 

İyunun 25-26-da Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə layihə “muzey” anlayışının çərçivəsini genişləndirərək onu ailəvi istirahət üçün maraqlı məkana çevirmək məqsədi daşıyan təşəbbüsdür.

Azərbaycan Xalça Muzeyi artıq ölkənin ən populyar muzeyinə çevrilib. Ancaq muzeyin nəzdində fəaliyyət göstərən Uşaq muzeyiuşaq dərnəkləri barədə az adam məlumatlıdır. Uşaq muzeyi məxsusi olaraq bu festival üçün maraqlı oyunlar və “valideyn+uşaq” cütlüyündə işləmək üçün vorkşoplar hazırlayıb. Ekskursiya şöbəsi tərəfindən isə iştirakçılar üçün muzeydə mini-turlar təşkil olunub. Məktəbəqədər yaşlı uşaqlar üçün oyunlarda onların valideynləri də iştirak edib.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.9.