Tələbə rəqqaslar hərbçilər qarşısında çıxış ediblər

 

 

26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində “Bura Vətəndir” adlı bayram tədbiri keçirib.

Akademiyanın tələbələri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Azərbaycan, həm də dünya xalqlarının rəqslərinə yer verilmiş proqramda gənc rəqqaslar “Azərbaycan süitası”nı, “Rəfiqələr”, V.Solovyov-SedoyunTaras Bulba” baletindən “QopaqUkrayna xalq rəqsi, qavalla rəqs, özbək rəqsi, “Sirtakiyunan rəqsi və digər rəqs nömrələrini ifa ediblər.

Konsert Ü.Hacıbəylinin “Cəngi”si əsasında qurulmuş döyüş ruhlu kompozisiya ilə başa çatıb. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti gənc rəqqasların bayram sovqatını böyük maraq və alqışlarla qarşılayıblar.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.10.