Od çərşənbəsi
Martın 1-də yurdumuz ilaxır çərşənbələrdən ikincisini - Od çərşənbəsini qeyd etdi.
Od çərşənbəsinə el arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar.
Od çərşənbəsinə və oda aid bir çox atalar sözləri və məsəllər də var: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”...
Beləcə, Novruzun
müjdəçiləri çərşənbələrdən
ikisini (su və od) arxada qoyduq.
Bayrama iki çərşənbə
(yel və torpaq)
qaldı...
Mədəniyyət.- 2016.- 2 mart.-
S. 13.