“Çox
məkanda var olmuşuq”
Yeni məkanda yeni tamaşa
Ötən aydan fəaliyyətini A.Şaiq adına Dövlət Kukla Teatrının binasında davam etdirən Dövlət Yuğ Teatrı “Çox məkanda var olmuşuq” adlı bədii kompozisiyanı təqdim edib.
Mirsahib Ağayevin quruluş verdiyi ədəbi kompozisiyada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edib. Səhnə əsəri maraqla qarşılanıb.
Teatrın direktoru Tərlan
Rəsulov bildirib ki, repertuarda olan bəzi tamaşalar yeni məkana
uyğunlaşdırılır, paralel olaraq bir neçə
tamaşanın məşqləri gedir. Bununla yanaşı, kollektiv
bir sıra layihələr üzərində
də çalışır və tezliklə
tamaşaçılarını yeni
işləri ilə sevindirəcək.
Mədəniyyət.- 2016.- 2 mart.-
S. 10.