Bakı Uşaq Teatrının Xocalı
tamaşası
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsinin 24-cü ildönümündə bu faciəni əks etdirən tamaşa-kompozisiya nümayiş etdirib.
Respublika Texniki Yaradıcılıq Mərkəzində
və İstiqlal Muzeyində keçirilən
tədbirlərdə nümayiş olunan "Xocalı" tamaşasında
uşaqların Azərbaycan dilində səsləndirdikləri
şeirlər hər bir
tamaşaçını özünü
sanki həmin hadisələrin içərisində
hiss etməyə vadar
edir. Aktyorların azyaşlı və
rusdilli uşaqlardan
ibarət olmasına baxmayaraq, tamaşa-kompozisiyada xalqımızın tarixinə
qanla yazılmış Xocalı faciəsi
dolğun şəkildə əksini
tapıb. Səhnə əsərinin rejissoru
truppanın bədii rəhbəri Larisa
Tarusovadır.
Mədəniyyət.- 2016.- 2 mart.-
S. 10.