Skylife Business” jurnalı Bakı haqqında

 

 Qaynar həyatı ilə Avropa şəhərlərindən geri qalmayan müasir Bakıda qədim binaların ardınca getsəniz, özünüzü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhərdə taparsınız

 

Türk Hava Yollarıtəyyarələrində biznes sinif sərnişinlərinə təqdim olunanSkylife Business” jurnalının fevral sayında Azərbaycan paytaxtı haqqında geniş məqalə dərc olunub. Türk ingilis dillərində nəşr olunan jurnalda Bakının tarixi müasir mənzərəsi əksini tapıb.

 

Məqalədə Bakıda tarix müasirliyin, Qərb Şərq memarlığının harmoniya təşkil etdiyi vurğulanır. Bir tərəfdə Bakının tarixi hissəsi - UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı digər tarixi memarlıq abidələri, başqa tərəfdə qaynar şəhər həyatı ilə heç Avropa şəhərlərindən geri qalmayan müasir Bakıdan, Heydər Əliyev Mərkəzi, “Flame Towers”, “Port Baku South Tower”, “Park Bulvarkimi müasir binalardan söz açılır.

Məqalədə gecələr Bakı küçələrinin əsrarəngiz gözəlliyindən, bulvar boyunca uzanan Neftçilər prospekti, memarlıq nümunələri işıqlar altında parlayan Nizami küçəsi digər məkanlardan bəhs olunur. Burada köhnə binalar bərpa edilərək, onlara yenidən həyat verilir. Bu binaların ardınca getsəniz özünüzü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən, İçərişəhər kimi tanınan Bakının tarixi hissəsində taparsınız”.

Yazıda Bakı mədəniyyət, incəsənət, elm təhsil mərkəzi kimi Cənubi Qafqazın ən böyük şəhəri olduğu vurğulanır. Bakıda İncəsənət, Xalça, Tarix muzeyləri, Opera Balet, Kukla teatrları digər mədəniyyət ocaqlarının fəaliyyət göstərdiyi qeyd olunur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasındakı görkəmli şair yazıçıların heykəlləri Bakının mədəni keçmişlə bağlılığını işarələyən simvol kimi səciyyələndirilir.

Məqalədə ədəbiyyat, memarlıq, müasir yaşam tərzi sərgiləyən şəhərin eyni zamanda zəngin mətbəxinin olduğu bildirilir: “Burada ağız dadınızı dəyişəcək bol çeşidli mətbəx nümunələri var. Restoranlarda düşbərəni dadmaq məsləhətlidir. Bu yemək ənənəvi Bakı mətbəxinin bir örnəyi sayılır. Bunun yanında subtropik meyvə olan feyxoadan hazırlanan meyvə suyunu da dada bilirsiniz. Yarı şirin, yarı turş dada sahib feyxoadan kompot, cem hazırlanır”.

Həmçinin Bakıya səfər etməyin özəllikləri vurğulanaraq, burada müasir turizm infrastrukturunun yaradıldığı diqqətə çatdırılır: “Bakıda günü başa vurmaq üçün ən yaxşı yerlərdən biri “Hilton Baku” hotelinin 25-ci mərtəbəsində 360 dərəcə fırlanan dairəvi məkandan şəhəri seyr etməyiniz ola bilər. Gecələr işıqlandırılan şəhər hotelin bu yerindən heyrətamiz görünür”.

Qeyd edək ki, “Skylife Business” jurnalı hər ay 50 min tirajla çap olunur. JurnalTürk Hava Yolları”nın dünyanın 113 ölkəsində, 284 hava limanına həyata keçirdiyi uçuşlar sırasında təqribən 250 min sərnişin tərəfindən oxunur. Əlavə olaraq 17235 nəfər “Miles & Smiles Elite Plus” kart sahibinin ev ünvanlarına göndərilir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 9.