Gənc  reklam menecerləri üçün treninqlər

 

Fevralın 27-də Mədəniyyət Turizm Nazirliyi SİNAM MMC-nin dəstəyi iləGoMap.Azonlayn naviqator portalının Enactus Azərbaycantəşkilatının birgə layihəsi olanGənc reklam menecerlərilayihəsi çərçivəsində Sabunçu Gənclər Evində treninqlər keçirildi. Layihə gənc reklam menecerlərinin marketinq təcrübəsinin artırılması, sahibkarlarla gənclər arasında işgüzar əlaqələrin qurulması məqsədi daşıyır.

 

GoMap.Az”ın layihə rəhbəri Xaqani Nəsibov portalın yaradılması keçdiyi inkişaf yolundan danışdı. Bildirdi ki, portal 2008-ci ildə Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə SİNAM MMC tərəfindən hazırlanıb 2010-cu ildə tam istifadəyə verilib. GoMap.Azportalının elektron xəritəsi hazırda Azərbaycan Gürcüstan ərazisini əhatə edən region üzrə ən böyük verilənlər bazasına malik mükəmməl elektron xəritədir. Müasir texnologiyalar əsasında hazırlanan axıcı interfeys istifadəçilərə xəritə üzərində rahat naviqasiya imkanı verir. Elektron xəritə gündəlik olaraq yenilənir.

Xaqani Nəsibov treninq barədə danışaraq bildirdi ki, layihə gənclərin innovativ şəkildə inkişafına sosial-iqtisadi resurslardan geniş istifadəsinə yönəlib. Təlimlərin gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

Enactus Azərbaycan”ın proqram meneceri Nisə Əliyeva proqram haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, “Enactussahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik çevrələri biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır. Proqram üzrə milli yarışların keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, tələbələrin təşkilatçılıq, idarəçilik komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir. 2005-ci ildən AzərbaycanEnactusproqramına qoşularaq 2006-cı ildən dünya kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Hazırda ölkəmizdən bu proqramda 32 universitet, 1730 tələbə iştirak edir. Dünya üzrəEnactusproqramına isə 50-yə yaxın ölkədən 1600-dən çox ali təhsil müəssisəsi qoşulub.

SonraGoMap.Azelektron xəritə xidmətinin əməkdaşları tərəfindən treninqlər keçirildi. TreninqlərdəEnactus Azərbaycantəşkilatının üzvü olan 30 tələbə iştirak edirdi. Gənc reklam menecerlərinəGoMap.Azilə əlaqələrin qurulması, məlumatların toplanması, ünvanların elektron xəritədə yerləşdirilməsi qaydaları öyrədildi. Həmçinin milli elektron xəritə xidmətinin təbliği, reklamın cəlb olunması, biznes dairələrinin marağının formalaşdırılması üçün mühüm amillər diqqətə çatdırıldı. Qeyd olundu ki, reklamdan əldə olunan gəlirlərin bir hissəsi tələbələrin mükafatlandırılmasına yönəldiləcək. Bu da tələbələrin gələcək həyatında praktiki biliklərinin artırılması ilə yanaşı, maddi durumuna da müsbət təsirini göstərmiş olacaq. Həmçinin fəal gənclərin gələcəkdə işlə təmin olunmasına da şərait yaradılacaq.

 

Fariz

Mədəniyyət.- 2016.- 2 mart.- S. 8.