XX əsrin faciəsi
Bülbülün memorial muzeyində xatirə
tədbiri
Fevralın 26-da Bülbülün memorial muzeyində
"XX əsrin faciəsi
- Xocalı" adlı
tədbir keçirilib. Muzeyin direktoru
Fərqanə Cabbarova,
baş mühafiz Nigar İsgəndərova Azərbaycan xalqının
tarixinə qanlı səhifə kimi həkk olunmuş Xocalı faciəsi barədə danışıblar.
Tədbirdə Bülbül adına
orta ixtisas musiqi məktəbinin şagirdləri, respublika müsabiqələri laureatları
Aytən Rüstəmli,
Cəlil Bəşirli,
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Musiqi Kollecinin şagirdləri, “Aytam” Uşaqların Mədəni
Maarifləndirməsi İctimai
Birliyinin üzvləri
Ənvər Verdizadə,
Aytən Babayeva, G.Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri,
respublika müsabiqələr
laureatı Gülnaz Eldarlı, Gülüstan Muxtarova musiqi parçaları ifa ediblər.
“Aytam” ictimai birliyinin üzvləri Nilufər Əsədli, Fikrət Əsgərov,
158 saylı orta məktəbin şagirdi Rəna Hacıyeva Xocalıya həsr olunmuş şeirlər oxuyublar. Sağlamlıq imkanları məhdud
uşaqlar üçün
5 nömrəli xüsusi
internat məktəbi şagirdlərinin rəsm
əsərləri nümayiş
olunub.
Mədəniyyət.- 2016.- 2 mart.- S. 7.