“Müasir
mədəniyyətşünaslıq” jurnalının fəaliyyət
istiqamətləri müzakirə olunub
Fevralın 25-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin rəhbər heyətinin iştirakı ilə iclas keçirilib. İclasda digər məsələlərlə yanaşı “Müasir mədəniyyətşünaslıq” jurnalının nəşrinə başlanması ətrafında müzakirələr aparılıb.
Mərkəzin direktoru Asif Usubəliyev jurnalın gələcək forma və məzmunu haqqında söz açıb, bu istiqamətdə qarşıda duran vəzifələrdən bəhs edib.
Elmi katib H.İbrahimov “Müasir mədəniyyətşünaslıq” jurnalında dövlət mədəniyyət siyasətinin daha əhatəli və yeni elmi əsaslarla təbliği üsullarından danışaraq bildirib ki, fundamental yazılarla yanaşı, nəşr sahənin təbliğinə də xidmət etməlidir.
“Gənc mədəniyyət işçilərinin
koordinasiya kreativ qrupu”nun ideya
və təkliflərinin də jurnalda nəzərə
alınması barədə fikirlər səsləndirilib.
Jurnalın nəşri ilə bağlı işçi
qrupunun formalaşdırılması qərara
alınıb.
Mədəniyyət.- 2016.- 2 mart.-
S. 5.