Serbiyalı
müğənni Xocalı üçün
oxudu
Belqradda fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzi,
ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə
Xocalı soyqırımına həsr edilmiş
video-çarx hazırlayıb. Video-çarxda serbiyalı opera
müğənnisi Nataşa Yoviç və Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru, Novi
Sad Universiteti İncəsənət
Akademiyasının professoru Zərifə
Əlizadənin soyqırımı qurbanlarına ithaf olunan ifası yer alıb. Həmçinin Xocalı
soyqırımını törədənlər, bu faciə zamanı həlak olanlar
barədə məlumat verilir və
“Xocalıya ədalət!” kampaniyasının loqosu
və saytı nümayiş olunur.
Mədəniyyət.- 2016.- 2 mart.- S. 5.