“Nağıl
otağı”nda “Meyvələrin söhbəti”
Fevralın 28-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Nağıl otağı”nda növbəti nağıl saatı təşkil olunub. Kitabxana əməkdaşları kiçikyaşlı oxucularla dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsərini müzakirə ediblər.
Əvvəlcə uşaqlar
xidmət şöbəsinin əməkdaşları tərəfindən
hazırlanmış slaydı izləyiblər, Məhəmməd
Füzuli haqqında qısa məlumat verilib. Sonra uşaqlar “Meyvələrin söhbəti” əsərini
səhnələşdirilmiş formada təqdim
ediblər. Nağıl saatında uşaqlara
həmçinin, meyvələrin insan orqanizmi üçün əhəmiyyətindən
danışılıb. Qeyd olunub ki, meyvələr
dadlı qida olmaqla
yanaşı, insan
sağlamlığını təmin edən vitaminlərin mənbəyidir.
Mədəniyyət.- 2016.- 2 mart.- S. 4.