Güneyli rəssam
soydaşımızın sərgisi
Martın 3-də “Yeni Gallery” - Bakı İncəsənət Mərkəzində Güney Azərbaycandan olan rəssam Sanaz Pənahpur Dareşorinin rəngkarlıq əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisinin açılışı olub.
Sanaz xanım kökəncə Azərbaycan türküdür, İranın İsfahan şəhərində dünyaya göz açıb. O, təsviri sənətin müxtəlif formalarına böyük maraq göstərir. Qrafik dizayn üzrə bakalavr və teatr sənəti üzrə magistr dərəcəsi olan rəssamın yaradıcılığı çoxşaxəlidir. Əsərlərinin cəsarətli rəng və qrafik həlli rəssamın tablolarını mənalı və cəlbedici edir. Rəssam İranda, Hindistanda və Dubayda təşkil olunan sərgilərdə iştirak edib.
Sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 23 əsəri nümayiş olunur. Əsərlərin
başlıca mövzusu dəniz və
şəhər mənzərələridir. Sərgi martın
5-dək davam edəcək.
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 16.