Rejissor Cənnət Səlimovanın sənət dünyası

 

Əməkdar incəsənət xadimi, professor Aydın DadaşovunRejissor Cənnət Səlimova” adlı yeni kitabı çapdan çıxıb. Kitab 75 illik ömrünün 55 ildən çoxunu sənətə, pedaqoji fəaliyyətə həsr etmiş Xalq artisti Cənnət Səlimovadan bəhs edir.

Alim, kitabda peşəkar teatr rejissorunun yaradıcılıq laboratoriyasını, pedaqoji fəaliyyətini sistemli şəkildə təhlilə cəlb edib. Yüzdən artıq tamaşaya quruluş verən, onlarla sənətkar yetişdirən Cənnət Səlimovanın yaradıcılığını araşdıran kitab geniş oxucu marağına səbəb olacaq.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 11.