“Sən də Azərbaycanı  gör

 

Azərbaycanın turizm nümayəndəliyinin açılışı Türkiyə mətbuatında

 

Xəbər verdiyimiz kimi, 29 fevral tarixində İstanbulda Azərbaycanın Türkiyə üzrə turizm nümayəndəliyinin açılışı keçirilib. Tədbir Türkiyə mediasında böyük maraqla qarşılanıb. Yayımlanan xəbərlərdə “Sən də Azərbaycanı gör” şüarı ilə keçirilən tədbirin iki ölkənin bu əməkdaşlıqda daha da sıx bir-birinə bağlanacağı qeyd edilib.

Azerbaycan turizmde de iddialı”, “Azerbaycan türk turistlerin en çok ziyaret edeceği destinasyonlardan biri olacak”, “Azerbaycan İstanbul’da turizm temsilciliği ofisi açtı” və s. bu kimi başlıqlı xəbərlər nüfuzluCihan”, “Milliyet”, “Hürriyet”, “Zaman”, “İhlas Haber” və digər 70-dən çox xəbər portalında yayılıb.

Qeyd edək ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəsmiləri, diplomatlar, Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 9.