Kinooperatorluq peşəsinin sirləri haqqında kitab

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüşFilmin bədii həlli haqqında düşüncələr” kitabının müəllifi Zaur Mükərrəm, baş redaktoru Samirə Bektaşidir.

Kitabın əsas ideyası kino sənətini yaşatmaq, bu sahədə professionallıq və peşəkarlığı, sənətə maraqsevgini artırmaqdır. 15 bədii filmin quruluşçu operatoru, 60-a yaxın sənədli filmin rejissoru, operatoru, ssenari müəllifi olan Zaur Mükərrəm bu kitabında kinooperatorluq peşəsinin texnikası və sirlərindən bəhs edib.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitab kütləvi kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 7.