Ölkəmiz beynəlxalq balet
festivalında təmsil
olunub
Cənubi Afrika Respublikasının
(CAR) Keyp-Taun şəhərində
beynəlxalq balet festivalı keçirilib.
Azərbaycanın CAR-dakı səfirliyindən
bildiriblər ki, iki ildən bir təşkil olunan festivalda ölkəmizi Akademik Opera
və Balet Teatrının balet truppasının aparıcı
solisti Anar Mikayılov təmsil edib və müsabiqənin
yekununda mükafatçılar
sırasında yer alıb.
Təmsilçimiz festivalda Əfrasiyab Bədəlbəylinin “Qız
qalası”, Qara Qarayevin “Yeddi gözəl” və Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletlərindən parçalar
nümayiş etdirib.
Azərbaycan baletlərindən parçaları
Anar Mikayılovla yanaşı, Yohannesburq şəhərində yaşayan
azərbaycanlı xoreoqraf
Azər Mirzəyevin bədii rəhbərliyi və CAR-dakı səfirliyimizin təşkilati
dəstəyi ilə fəaliyyət göstərən
“Yurd” rəqs ansamblının yerli solisti Tatho Nkven
də ifa edib.
Qeyd edək
ki, 16 ölkədən
70-dən çox balet
ifaçısının qatıldığı
festivalda ölkəmiz
ilk dəfə təmsil
olunub.
Mədəniyyət.- 2016.- 4 mart.- S. 5.