Mədəniyyət
və Turizm Nazirliyində Polşa
səfiri ilə görüş
Martın 3-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ilə görüşüb.
Qonağı salamlayan nazir müavini iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.
Görüşdə Azərbaycan mədəniyyəti və memarlığında Polşa mədəniyyət xadimlərinin rolu mövzusunda fikir mübadiləsi aparılıb. Nazir müavini Polşa səfirinə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə dəvət olunan Polşa rəsmilərinin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini vurğulayıb.
Səfir Marek Tsalka səmimi qəbula görə nazir müavininə təşəkkürünü
bildirib, Polşa və
Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın
bundan sonra da inkişafına inam ifadə
edib.
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 4.