“Oyuq”
studiyasının tamaşası beynəlxalq müsabiqənin
qalibi olub
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin qalibi olublar.
Studiyanın fəalları Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdindəki uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə keçirilən II beynəlxalq “Caz karuseli” müsabiqəsində uğurla çıxış ediblər.
24-29 fevral
tarixlərində baş tutan
müsabiqədə Azərbaycan xalq
nağılları əsasında hazırlanan tamaşa-konsert
(tamaşanın müəllifi “Oyuq”
teatr-studiyası uşaq qrupunun
rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə
Allahverdiyeva, quruluşçu
rəssamı İqbal Əliyevdir) Qran-pri mükafatına layiq
görülüb. Bununla
yanaşı 6-18 yaş arası uşaq və gəncləri əhatə edən
müsabiqənin uşaq solo
ifaçılığı nominasiyasında studiyanın gənc
artistləri Selcan Müseyibova
və Aylin Nəcəfli 1-ci dərəcəli
diplomla mükafatlandırılıblar.
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 4.