“Azərbaycan
xalçalarının açılmamış sirləri”
Martın 3-də Azərbaycan Xalça Muzeyində tədqiqatçı alim Şakir Qabıssanlının (Həmzəyev) “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabının təqdimatı keçirilib.
Müəllif kitabda yeddi min söz və işarənin, 157 xalq mahnısının, muğamların hər birinin və “Kitabi-Dədə Qorqud” dastanındakı antroponimlərin, toponimlərin, xalçalarımızdakı naxış və ornamentlərin yeni prizmadan özünəməxsus şərhini verir.
Tədbirdə Xalça Muzeyinin direktoru Şirin Məlikova, AMEA-nın müxbir
üzvü Vəli Əliyev, sənətşünaslıq
doktoru Röya
Tağıyeva, professor Ramil
Əliyev və başqaları kitab
haqqında fikirlərini bildiriblər.
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 2.