Uşaqlığın yuxuları”ndan “Sevgi oyuncaqları”nadək

 

Parisdə azərbaycanlı rəssamın əsərləri nümayiş olunur

 

Parisin mərkəzində, “Le Village Suisse” incəsənət məhəlləsindəki “International Art” qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın fərdi sərgisi açılıb. Sərgidə rəssamın “Uşaqlığın yuxuları”, “Teatrbalet” və yeniSevgi oyuncaqları” adlı silsilə əsərləri nümayiş olunur.

“Uşaqlıq yuxuları” silsiləsində müxtəlif rəngləri və dərin məna çalarlığını özündə əks etdirən tablolar ekspressionizm üslubundadır. Bu seriyada olan əsərlər müəllifin xəyallarını əks etdirir.

Teatrbalet” silsiləsində yağlı boya ilə çəkilmiş tabloların əksəriyyətində teatr səhnəsinin aktyorları həm maskalı, həm də maskasız və müxtəlif formada təsvir olunur. Sanki səhnədə aktyor olan bu insanlar həyat qayğılarından uzaqdırlar. Əslində isə onlar daxilən dərin insani düşüncələrə, həyati məfkurəyə malik insanlardır. Rəssam əsərlərində xoşbəxtliyi, xeyirin şər üzərində qələbəsini əks etdirir.

Parisdə rəssamlar arasında böyük nüfuzu olanStella Art International” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin bədii məziyyətlərindən bəhs edərək bildirib ki, Nigar Nərimanbəyovanın rəsmləri insanlara nağıla dönmüş xoşunudulmaz uşaqlıq illərini xatırladır, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. Rəssam tamaşaçıları dərin düşünməyə sövq edən mənalı mövzu seçir.

Qeyd edək ki, N.Nərimanbəyovanın əsərləri Parisin MARAİS İncəsənət Mərkəzinin “Paulia Roza” qalereyasında, Pyer Karden Mərkəzinin “Biznes Artsalonunda (2013-2015), “Grand Palais”də Fransa Prezidenti Fransua Ollandın hamiliyi ilə hər il keçirilən “Art en capital” (2015) müasir incəsənət sərgisində, MonakodaDünya rəssamları”, Parisdəki Rusiya Mədəniyyət Mərkəzində “Rus palitrası” sərgilərində nümayiş olunub.

“International Art” qalereyasında sərgi martın 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 16.