“Solfecio”
dərsliyi nəşr olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə musiqi məktəbləri şagirdləri üçün “Solfecio” dərsliyinin I hissəsi çap olunub. Kitabın tərtibçisi Ağabala Əliyev, bədii və texniki redaktoru Abdulla Ələkbərovdur.
Dərsliyin hazırlanmasında əsas məqsəd musiqi sənətinin incəliklərini öyrətmək, şagirdləri notlar və yeni musiqilərlə tanış etməkdir. Kitabın I hissəsi I-V siniflər üçün nəzərdə tutulub.
“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap
olunan kitab nazirliyin tabeliyində olan musiqi məktəblərinə və digər
aidiyyəti qurumlara paylanılacaq.
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 15.