Bu dünyamızın “Cənnət”i -

 

səhnə sənətimizin bənzərsiz qadın məharəti, məlahəti - Nəsibə xanım Zeynalova...

 

Bu xanım o qədər təbii, doğal, özgür idi ki!..

indi necədir, - desəm ki, “artisttermini elitar-intellekt baxımdan nə qədər ali, yüksək məna-məzmun daşısa da, bizim xalqın ibtida-mental münasibətindən dolayı, adam bu ifadəni Nəsibə xanıma yansıtmaqda çətinlik çəkir...

 

Yəqin ki, kimsə hansı aktyorusa Nəsibə xanıma nisbətdə daha çox sevir, amma məncə, birmənalı və hamı tərəfindən sevilmək məsələsində bu son dərəcə qədimi-kolorital xanımın “dublyoru, “alternativi yoxdur. Yuxarıda adına yaraşdırıb-yansıtmaqda “çətinlik çəkdiyim” Xalq artisti, ən kütləvi sevgi, rəğbət və məhəbbətlər banisi - Nəsibə xanımın. Bu ölkənin hər bir üzvünə öz doğma anası, bacısı, qızı qədər yaxın olan Nəsibə xanım Zeynalovanın! Bu dünyada necə yaşamaq gərəkliyini əla dərk və sənət zirvələrinin intəhazıslığını təvazö-mütəvazölüklə görk edən, öz ölümü ilə tarixi-ənənəvi ölüm-dəfn mərasimini - vay-şivən ritualını belə rövnəqləndirib, “toy-nişan”laşdıran Zeynalova Nəsibə Cahangir qızının!..

Bu müqtədir səhnə isimini, sənət sifət-surətini ata adı ilə vurğulamağı axıra salmağım təsadüfi deyil. Hər bir fərd kimi, hər millətin də tale yazısı olurbu ata-bala tandemi - omilli tale” müəllifinin yazı-əsərləri içərisində ən nadirlərindəndir. Amma həm də, hədsiz lirik-epik proloqla nəticələnən -

 

Çox dramatik epiloqlusundan...

 

Hə, bu qız Azərbaycan milli realist aktyor məktəbi yaradıcısı Cahangir Zeynalovun övladıdır. Ata - sənət məktəbi banisi, övlad - ən kütləvi, büsbütün ümumxalq məhəbbəti banisi!

O ata ticarətçi olub. Amma müasir tacirlərin qulağından iraq, qazanc faizinin əksər məbləğini (öz zehni, canı-qanıyla birgə) sənətə sərf edib. 1916-cı il aprelin 20-də bu ilk və yeganə övladı doğulanda yaxın ətrafına özünəməxsus birmonoloqla elan (“can sağlığında vəsiyyət”) edib ki, bu qız onun sənət yolunu davam etdirməlidir. Ancaq qızının iki yaşını “ticarətçi-sənətçi” süfrəsilə qeyd etməyə hazırlaşırkən ermənilər Bakıda kütləvi qırğınlar törədir və o, ailəsilə İrana getməli olur.

Bir azdan Bakıdan “sakit-samitlik” xəbərləri eşidən C.Zeynalovda hər şeydən əvvəl səhnə xiffəti baş qaldırır və qayıtmaq qərarına gəlir. Yazda gedib payızda qayıdan C.Zeynalov gəmidə yatalaq xəstəliyinə tutulur. Üstəlik, erməni qırğın-talanlarından viranəyə çevrilmiş Bakı onun sənət, yaradıcılıq düşüncələrini sarsıdır, arzularını heçə-puça çıxarır. Ailəsinin, yeganə övladının başsız qalacağı, kiminsə bu qızcığazı teatr sənətinə meylləndirə bilməyəcəyi fikirlərindən üzülüraz müddət keçmiş dünyasını dəyişir.

Haqqında oxuduqlarım, müasirlərindən eşitdiklərim iri bir kitablıq olduğundan, keçirəm 72 yaşının tamamında televiziya üçün bir saatlıq müsahibəmizdən -

 

Fraqmentlərə

 

Deyim ki, ona qədər də xalq içərisindən “təbii seçmə yoluyla çıxmış aktyorlarımız az olmayıb. Lakin o xoflu dövrün susdurulan elitarlarıyla coşdurulan proletarları arasındakı təbii və süni zövq, sənətə baxış fərqlərinin azaldılması məsələsində Nəsibə Zeynalova istedadında ikinci bir aktyor olmayıb, zənnimcə. O cümlədən, əlahəzrət gülüşün “ömürartıran”, “uğunma”, “qəşşetmə”, “qırmanclama” motivlərində! Onun şəxsi həyat “marşrut”larında da təbəssümləyici dayanacaqlar var ki, biriorta məktəbdə rəqqasəlik etməsidir. Təsəvvür edirsizmi, - Nəsibə xanım hansısa rola girmədən, - hansısa bir obrazı oynamadan - rəqqasəlik edir! Yəni, bu qədər istedadlı, bacarıqlı, qabiliyyətli adam və adicə rəqs? Kimisə yamsılamadan, hansısa tipoloji rəqqasəninsə şəbehini çıxarmadan?! Amma bu balaca qızın böyük teatr-kino azmanı Rza Təhmasibin dram dərnəyinə 16 yaşında ikən böyük razılıqla üzv götürülməsi (1932) çox xoş nüanslı gülüş doğurur. Beş il sonra adı gülməli bir teatrda (“KolxozSovxoz Teatrı”) peşəkar aktrisa kimi işə başlayıb, bir il sonra (1938) yenicə yaranan Musiqili Komediya Teatrında birinci dərəcəli aktrisa götürülüb. İnstitutlar, universitetlər, akademiyalar bitirmiş bir çox “zorəntəbib” təblilərlə müqayisədə adi bir təhsil ocağını - Bakı Teatr Məktəbini bitirib. Və hələ tələbə ikən ona çox ciddi rollar üçün ehtiyac duyulub; bu fağır tələbə dərslərdən çox, ağır-ağır rol mətnləri oxumalı olub.

O zamanlarkı peşəkar motivli dialoqlardan:

- “Şıltaq qızın yumşaldılması”... Adı çəkiləndə aktyorların dad döydüyü bu bəşəri əsərdəki dəymədüşər Katarina roluna kimi?..

- Əlbəttə, tələbə Nəsibəni!

- Bəyəm o hazırda ŞillerinMariya Stüart”ında Yelizavetanı oynamır?

- Elədir. Amma tələsmək lazımdır; deyirlər, onu Molyerin “Don Juan”ında Elvira roluna da dəvət edəcəklər!..

 

Ay səni, istedad!..

 

Onu hələ ilk gəncliyində - geniş tamaşaçı kütləsinə tanınmazdan öncə - peşəkarların hər biriayrıcagörüb-sevirmiş. A.Gəraybəyli, M.Haşımov, A.Tuqanov bu qızın qeyri-adiliyinə təəccüblənməsələr , onun müəllimi olmaq fəxarətləri yaşayırmışlar. Təəccüb hissi keçirməmələrinin səbəbi isə, bu qızın çox yaxın yaxşı tanıdıqları bir fitri istedadın övladı olmasıyla bağlıymış. Onların düşüncə söhbətlərindəki “ay səni, istedad!” kimi nidalar hər iki dünyaya aid imiş; biri - canlı alqışlar hədəfi N.Zeynalova, o biri - məhəbbət xiffət dolu rəhmətlərlə yad edilən C.Zeynalov.

Bəs, sonralar tək elə Cahangir kişinin yox, bütün Azərbaycan cahanının övladı hesab edilən bu fenomenin yaratdığı obrazlardan hansı birindən daha xüsusi, daha məxsusi bəhs etməli? Axı onların yaxşı, əla olmayanı varmı? Hansı daha zəifdir ki, buna göz yumub, keçək o birinə? Hələ sanballarını demirəm, sayını dəqiq bilən varmı? Ögey anafilmindəkiİtburnu çiçəyi soyuqdəyməni bıçaq pendiri kəsən kimi - xırrıpıt kəsir!” sözlərinin ifadəsi zamanı onun dil-üslub sir-sifət sinxronizmini xatırlayırsızmı? YaxudHəmişəxanım” (S.Qədirzadə) komediyasında yaratdığı özündənrazı xanımların müştəbehlik portreti! Tutumca qədər böyük, geniş, cəlbedici olsa da, hər halda, “dörd divar arasıteatrdan fərqli - ümumauditorial kinodakı (“Ulduz”da Züleyxa, “Bizim Cəbiş müəllim”də möhtəkir s.) təkrarsız obrazlarına gəldikdə isə, onlardan əhatəli danışıb, bütün xalqın yekdil fikrini təkrar, vurğunluğunu dübarələməyin mənası?..

Amma onunQayınanafilmində ( uzun illər canlı səhnədə) sənət cənnətinə timsal Cənnət xala obrazından dolayı real-həyati bir olaydan bəhs etməyə bilmərəm.

...Yuxarıda toxunduğum ildönümü ilə bağlı veriliş üçün küçələrdə statiknatura-plan”lar çəkirik. Operatorumuz kadra müdaxilə edənkənar şəxslər”in əlindən macal tapıb lazımi planlar çəkə, Nəsibə xanım isə - kamera qarşısında sənətdənkənar pozalı, adi həyati dozalı bir sifət almaq üçünəlçəkməzlərəlindən, özü demişkən, mafal tapa bilmir. bu tele ssenaridənkənar məqamların birində anasının əlindən tutmuş 6-7 yaşlı bir qızcığaz əbədigəlin-qayınanatandeminin sənət əbədiyyətini yaratmış bu məşhur sənətkara yaxınlaşıb, həyəcanla deyir: “Nəsibə nənə, vallah mən... mən... böyüyəndə yaxci gəlin olacağam!..”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 13.