Musiqili Teatrda premyera
“Baladadaşın
toy hamamı”
Azərbaycan Dövlət Musiqili Teatrı martın 10-da növbəti premyeranı
təqdim edəcək. Kollektiv
Milli Teatr Günündə tamaşaçıları
Xalq yazıçısı
Elçinin hekayəsi
əsasında hazırlanan
“Baladadaşın toy hamamı”
ikihissəli musiqili lirik komediyaya baxmağa dəvət edir. Premyerası üç gün (10-12 mart) nəzərdə tutulan tamaşaya rejissor, Xalq artist Cənnət Səlimova quruluş verib.
“Tamaşada adət
və ənənələrimiz,
Bakı kəndlərinin
özünəməxsus koloriti
ustalıqla əks olunub. Saf, pak sevgi haqqında olan bu lirik
əsər inanıram
ki, tamaşaçıların
böyük marağına
səbəb olacaq”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev bildirib.
Teatr və kino elementlərinin sintezinə də yer verilən tamaşanın bəstəkarı
Firudin Allahverdi, səhnə tərtibatçısı
Əməkdar artist Nofəl
Vəliyev, quruluşçu
dirijoru Fəxrəddin
Atayevdir. Tamaşada səslənəcək mahnıların sözləri
Vüqar Əbdülova
məxsusdur. Rolları
xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva,
Çingiz Əhmədov,
Nahidə Orucova, Emma Məlikova və başqaları ifa edəcəklər.
Mədəniyyət.- 2016.- 8 mart.- S. 7.