Azərbaycan yazıçısı beynəlxalq “Təbəssüm” ordeninə layiq görülüb

 

Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə Polşada təsis edilmiş beynəlxalq “Təbəssüm” ordeninə layiq görülüb. Ordenin martın 11-də keçiriləcək təqdimolunma mərasimində iştirak etmək üçün Aygün Bünyadzadə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşaya səfər edəcək.

1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə (onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq) verilən “Təbəssüm” ordeni ilə Bill Klinton, Marqaret Tetçer, İsveç kraliçası Silviya, Papa II İohann Pavel, Tereza Ana kimi dövlət və din xadimləri, Stiven Spilberq, Sergey Obraztsov, Astrid Lindqren, Aqniya Barto, Sergey Mixalkov kimi məşhur sənət və ədəbiyyat adamları təltif olunublar. Bu mükafatı alanlar arasında məhrum azərbaycanlı aktyorrejissor Ələkbər Hüseynov da olub.

Mükafat BMT baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 7.