“Səhnəyə
ilk addım”
Birincilərin konsert və sərgisi
Martın
4-də Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin
konsert zalında Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
təşkilatçılığı ilə paytaxtın uşaq musiqi və incəsənət məktəblərində təhsil
alan 1-ci sinif şagirdlərinin “Səhnəyə
ilk addım” adlı konserti keçirilib.
Ənənəvi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil
edilən konsertdə birincilər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən
ibarət maraqlı proqramla çıxış
ediblər.
Tədbirdə iştirak edən Bakı Şəhəri Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Vüqar Zeynalov konsertin sonunda iştirakçıları
təbrik edib, onlara uğurlar və daha böyük
səhnələri fəth
etməyi arzulayıb.
Tədbir
iştirakçıları Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin
1-ci sinif şagirdlərinin
əl işlərindən
ibarət sərgi ilə maraqla tanış olublar.
Mədəniyyət.- 2016.- 8 mart.- S. 6.