“Euronews”
və CNN kanalları ilə əməkdaşlıq davam etdirilir
Mədəniyyət və Turizm Nazirliyi dünyanın aparıcı xəbər kanallarından olan, 150-dək ölkədə 300 milyondan çox auditoriyaya malik “Euronews” və CNN kanalları ilə uğurlu əməkdaşlığı davam etdirir.
2016-cı il ərzində CNN kanalında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bununla yanaşı, “Euronews” kanalında reklam çarxlarının, “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışların nümayişi, habelə Euronews.com saytında elektron banner kampaniyalarının təşkili planlaşdırılır.
“Euronews” və
CNN kanalları ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın
əsas məqsədi təkcə kanalların
auditoriyasını Azərbaycana turist
qismində cəlb etmək deyil, həmçinin
beynəlxalq tədbirlərin keçirilməsində ölkəmizin
uğurları, bütün sahələrdə,
o cümlədən iqtisadi
və mədəni həyatın inkişafı ilə
bağlı dünya auditoriyasını məlumatlandırmaqdır.
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 4.