Ər-Riyaddakı
“Beynəlxalq Gün”də Azərbaycan guşəsi
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində yerləşən Kral Feysəl məktəbində 8-ci “Beynəlxalq Gün” adlı illik tədbir keçirilib. 40-a yaxın səfirliyin qatıldığı ənənəvi tədbirdə Azərbaycan səfirliyi də artıq dördüncü dəfə iştirak edib.
Səfirlik üçün ayrılmış stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və digər sahələrə dair kitab, buklet, broşür, suvenir, milli geyimlər, habelə Azərbaycanın ən məşhur məkanlarını, təbiətini və müasir Bakının gözəlliyini əks etdirən fotostendlər quraşdırılıb. Həmçinin Azərbaycana dair sənədli film, ölkəmiz haqqında hazırlanmış infoqrafik lövhələr nümayiş etdirilib.
Kral Feysəl məktəbi tərəfindən
respublikamızı təmsil etmək üçün
ayrılmış şagirdlər ölkəmizin
bayrağını və 2017-ci ildə Bakıda keçiriləcək
4-cü İslam Həmrəylik
Oyunlarının loqosunu özündə əks
etdirən köynəkləri geyinərək, tədbirin
qonaqlarına Azərbaycanla bağlı məlumatlar verib, onlara kitab,
broşür və s.
materiallar paylayıblar. Azərbaycan stendi qonaqlar tərəfindən
maraqla qarşılanıb.
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 4.