Barokko dövrünün musiqisi

 

Milli İncəsənət Muzeyinin 80 illiyinə həsr olunmuş konsert

 

Martın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyevanın rəhbərliyi ilə “Barokko dövrünün musiqisi” adlı konsert keçirilib.

Musiqi axşamı Milli İncəsənət Muzeyinin 80 illik yubileyinə və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. Milli İncəsənət Muzeyi və Bakı Musiqi Akademiyasının birgə layihəsi çərçivəsində təşkil edilən konsertdə Xalq artisti Zəhra Quliyeva (skripka), Fərhad Məmmədov (truba), İlham Nəzərov (vokal), Nərminə İsmayılova (fortepiano), Dilarə Kərimova (fortepiano) və digər solistlərin ifasında D.Kaççaini, S.Klark, İ.S.Bax, D.Skarlatti, A.Vivaldi, M.Maqomayev, F.Bədəlbəyli kimi dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2016.-  8 mart.- S. 2.