Vyanada Novruz tədbiri

 

Martın 9-da Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova iştirakçılara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi özündə bir sıra adət-ənənələri yaşadır. Novruz bayramına xas elementlərdən söhbət açılıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Novruz bayramının xaricdə yaşayan həmvətənlərimiz tərəfindən də geniş qeyd edildiyini bildirib. Vurğulayıb ki, Novruz soydaşlarımızı azərbaycançılıq dəyərləri ətrafında daha sıx birləşdirir, mədəniyyətimizi yaşadıqları ölkələrin ictimaiyyətinə yaxından tanıtmaq imkanı verir.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu bayram konserti ilə çıxış edib. Universitetin müəllimi, Əməkdar artist, xanəndə Teyyub Aslanov, xanəndələr Günay MehdiyevaMurad Kəngərli Azərbaycan xalq mahnılarını, muğam və təsniflərini, universitetin tələbələri Cəmilə Məmmədova, Nərgiz Məmmədova, Akif Kərimli və Seymur Nəbizadə isə “Naxçıvanı”, “Dərbəndi”, “Qaytağı”, “Yallı” rəqslərini məharətlə ifa ediblər.

Sonra qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılıb.

 

Mədəniyyət.-  2016.- 11 mart.- S. 16.