“Hər suala bir cavab”
Ensiklopedik toplunun birinci cildi çap olunub
Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzi
tərəfindən orta
məktəb şagirdləri
üçün əlavə
oxu vəsaiti kimi nəzərdə tutulmuş “Hər suala bir cavab”
çoxcildlik ensiklopedik
toplunun birinci cildi nəşr edilib.
“Bizi əhatə
edən aləm”, “İnsan orqanizmi”, “Başqa məxluqlar necə yaşayır?” və digər bölmələrdən ibarət
nəşrdə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumat yer alıb.
Nəfis tərtibatlı ensiklopedik
toplu əsasən 7-12
yaşlı uşaqlar
üçün nəzərdə
tutulub. 368 səhifəlik
kitabda uşaqları düşündürən bir
çox məsələlərə
dolğun, əhatəli
cavablar var.
Kitabın “Dünya, kitab və biz” başlıqlı
ön sözündə
deyilir: “Biz o iddiada deyilik ki, “Hər
suala bir cavab” silsiləsindən olan kitablarımızı
oxuya-oxuya savadlanacaq, alim olacaqsınız. Məqsəd
dünyagörüşünüzü genişləndirmək, sizi
istənilən auditoriyada
həmişə diqqət
mərkəzində olan
maraqlı həmsöhbətə
çevirməkdir”.
Mədəniyyət.- 2016.- 11 mart.- S.
13.