“Yaradıcı həyatın anları”

 

Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətt və üsluba malik, milli bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn sənətkarlarımızdandır. Bəstəkarın 80 illik yubileyinə həsr olunmuş “Yaradıcı həyatın anları” adlı fotoalbom Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub.

Ölkə PrezidentininVasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanan kitab “Əfəndi Nəşriyyat Evi”ndə yüksək poliqrafik keyfiyyətlə çapdan çıxıb. Azərbaycan və rus dillərində çap olunan kitabda Vasif Adıgözəlovun həyat və yaradıcılıq yolu bəstəkarın şəxsi arxivindən istifadə olunmuş fotoların müşayiəti ilə təqdim olunur.

Kitab nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 13.