Milli Dram Teatrı “Anamın
kitabı”nı Şamaxıya aparıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Cəlil Məmmədquluzadənin “Anamın
kitabı” əsərinin
tamaşası ilə
Şamaxıda çıxış
edib.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. "Anamın kitabı" tamaşası yüksək
ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət
daşıyır.
Səhnə əsərinin quruluşçu
rejissoru H.Ərəblinski
adına Sumqayıt Dövlət Dram Teatrının
baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu
rəssamı Ülviyyə
Zərbəliyeva, musiqi
tərtibatçısı Həmid Kazımzadədir.
Rolları əməkdar artistlər
İradə Həsənova
(Zəhra bəyim), Sevinc Əliyeva (Zivər xanım), Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev
(Mirzə Məhəmmədəli),
Aslan Şirin (Səməd Vahid), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər,
Hambal), aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı
(Gülbahar), Elnar Qarayev (Qənbər), Rövşən (Mirzə
Həsən), Vüsal
Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor) ifa edirlər.
Mədəniyyət.- 2016.- 11 mart.- S.
9.